Sizin Reklam Burada

Əhməd Obalı və oğlu əməliyyat olunub, vəziyyətləri orta-ağırdır

Əhməd Obalı və oğlu əməliyyat olunub, vəziyyətləri orta-ağırdır“Əhməd Obalı və oğlu Dəniz baş-boyun nahiyəsindən əməliyyat olunub, vəziyyətləri orta-ağırdır”.

Avrasiya.net report-a istinadən xəbər verir ki, bunu Britaniya Azərbaycanlıları Cəmiyyətinin sədri Fəridə Pənahova deyib.

Onun sözlərinə görə fəalın oğlu Dənizin vəziyyəti daha ağırdır:

“Mütəmadi olaraq Ə. Obalının həyat yoldaşı Nahidə xanımla əlaqə saxlayıram. Nahidə xanım bildirib ki, hər ikisinin boyun nahiyəsində baş tutan əməliyyat yaxşı keçib, ancaq nəticəni zaman göstərəcək. Həm Ə. Obalı, həm də oğlu Dəniz əl və ayaqlarını hiss etmir. Ə. Obalının ciyərlərindən aldığı ağır zərbələrə görə həkimlər onun danışmasına hələ ki, icazə vermirlər. Həkimlər heç kimi Ə. Obalı və oğlunun olduğu otağa buraxmırlar”.

F .Pənahov bildirib ki, planlı hazırlanan cinayətdə məqsəd Ə. Obalı və Dənizin boynunu sındıraraq öldürməkmiş:

“Nahidə xanım ağır psixoloji sarsıntı keçirib. O, yoldaşının, oğlunun və özünün təhlükəsizliyi ilə bağlı qorxu içindədir. Ümid edirik ki, ABŞ polisi baş verənlərə hüquqi müstəvidə cavab verəcək”.

Qeyd edək ki, Güney Azərbaycan Televiziyasının (Günaz.TV) qurucusu və rəhbəri, ABŞ-da mühacir həyatı yaşayan, güneyli milli fəal Əhməd Obalı may ayının 21-də səhər saatlarında Kaliforniya ştatında kimliyi naməlum şəxslər tərəfindən vəhşicəsinə döyülüb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər