star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

Xanım alverçinin 250 minlik qızılını ələ keçirdilər

Xanım alverçinin 250 minlik qızılını ələ keçirdilərBakıda Moskva Univermağında qızıl alveri ilə məşğul olan qadının 250 min manatlıq malını dələduzluq yolu ilə ələ keçiriblər.

Bu barədə Axar.az-a zərərçəkmiş Gülər Rzayeva özü məlumat verib.

G.Rzayeva bildirib ki, ona qarşı dələduzluq edən Çinarə Babayeva adlı xanımla bu ilin yanvar ayında tanış olub:

“Əvvəl məndən malı alıb 10-15 gün sonra pulunu ödədiyi üçün etibarımı qazandı. Sonra etibarımdan istifadə edərək aldığı malların dəyərini 250 min manatadək qaldırdı. Pulu tələb edəndə isə mənə hədə-qorxu gəlməyə, nalayiq sözlər işlətməyə başladı. Əlimdə sübutlarım da var. O, müxtəlif insanlar vasitəsilə də məndən qızıl aparıb. Qızılı verərkən hər dəfə o şəxslərin şəklini çəkirdim.

Məsələ ilə bağlı Nəsimi Rayon Polis İdarəsinin 19 saylı Polis Şöbəsinə də müraciət etmişik. İşə tədqiqatçı Moşu Paşayev nəzarət edir. Ancaq neçə müddətdir ki, xəbər yoxdur. Bu gün də Bakı Şəhər Baş Polis İdarəsi rəisinin əməliyyat işi üzrə müavini, polis general-mayoru Vüqar Ələkbərovun qəbuluna yazıldım. Həmçinin, ölkə rəhbərliyinə, o cümlədən daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazova teleqram vurmuşuq. Artıq 16 gündür ki, mənim ailəm dağılıb və evimdən didərgin düşmüşəm”.

G.Rzayevanın sözlərinə görə, Ç.Babayeva həyat yoldaşı vasitəsilə onun oğlunu hərbiyə işə düzəltmək adı ilə 4 min manatını da mənimsəyib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər