Sizin Reklam Burada

Sabiq icra başçısı iki şəhid ailəsini himayəyə götürüb

Sabiq icra başçısı iki şəhid ailəsini himayəyə götürübNərimanov bələdiyyəsindən Belediyye.infoya daxil olan məlumata görə, bələdiyyənin vergi xidmətinin əməkdaşları təsdiq edilmiş qrafikə əsasən borclu vergi ödəyiciləriylə görüşlərə start verib.

Görüşlərdə vergi borcun ödənilməsinin zəruriliyi və bələdiyyənin büdcəsinin məhz yığılan vergilərdən formalaşdırıldığı bildirilir.

İri vergi borcu olanlarla keçirilən ilk görüşlərin birində Salyan RİH-nin sabiq başçısı Tahir Kərimov, habelə sahibkar Faiq Nəcəfovun da iştirak etdiyi bildirilir.

Bununla bağlı Belediyye.infoya açıqlama verən Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev bildirib ki, hazırda sahibkarlıq fəaliyyətiylə məşğul olan sabiq icra başçısının təsis etdiyi müəssisənin bələdiyyəyə beş min manatdan artıq, yəni bu günədək 5642 manat vergi borcu vardır. Belə ki, Faiq Nəcəfovun icraçı direktoru olduğu müəssisənin əvvəl ki illərdən yığılıb qalmış əsas borc 3556.06 manat, 1169 manat isə fazi borcu vardır.

Bununla bağlı bələdiyyənin təmsilçiləri müəssisə əməkdaşlarıyla görüşdə borcun bağlanması barədə söhbət açılmış, görüşdə tez bir zaman kəsiyində borcun ödəniləcəyi qərara alınmış, habelə görüşdə iştirak edən sabiq icra başçısı iki şəhid ailəsini də himayəyə götürmək istədiyini bildirmişdir.

Təmraz Tağıyev hər iki şəxsin bu addımını alqışladığını bildirmiş, hazırda sahibkarlıq fəaliyyətiylə məşğul olan sabiq icra başçısının bu addımını digər sahibkarlar tərəfindən də dəstəklənəcəyinə ümid etdiyini qeyd etmişdir.

Nərimanov bələdiyyəsi borclu vergi ödəyiciləriylə görüşlərini davam etdirir.

Belediyye.info

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər