Sizin Reklam Burada

"Vətəndaşlar sosial media üzərindən olan təsadüfi və şübhəli tanışlıqlarda ehtiyatlı olmalıdırlar"

"Vətəndaşlar sosial media üzərindən olan təsadüfi və şübhəli tanışlıqlarda ehtiyatlı olmalıdırlar" “Yaşadığımız dünya o qədər inkişaf edib ki, bəzən bizlər bu inkişafın da əziyyətini çəkirik. Məsələn, bu gün bütün dünyada qarşılıqlı və sürətli informasiyanın yayılmasında, virtual təmasın yaradılmasında sosial şəbəkələrin rolu danılmazdır. Əvvəllər yaxın bir ölkədən digər ölkəyə çatdırılması üçün aylar tələb olunan hər hansı xəbəri indi əlimizin altındakı düyməni basmaqla bir saniyə ərzində dünyanın o biri başına çatdırırıq. Bu, eyni zamanda, foto və video görüntülərə də aiddir. Ancaq təəssüf ki, hazırda sadə vətəndaşların bir qismi bu inkişafdan əziyyət çəkirlər. Belələri Azərbaycanda da var. Söhbət sosial media üzərində qurulan təsadüfi tanışlıqlar nəticəsində xarici xüsusi xidmət orqanlarının toruna düşməkdən, yəni bir an içərisində casusa çevrilməkdən gedir”.

Avrasiya.net xəbər verir ki, bunu Bayraqdar media-ya özəl açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

O, qeyd edib ki, məhz buna görə də, vətəndaşlar sosial media üzərindən olan təsadüfi və şübhəli tanışlıqlarda ehtiyatlı olmalıdırlar: “Mən eyni zamanda, xaricə səfərlərə gedən sadə vətəndaşlarımızı da ayıq-sayıq olmağa çağırıram. Çünki bəzən bu səfərlər zamanı təsadüfi təmaslar və tanışlıqlar da sonda arzuolunmaz nəticələrə səbəb olur. Mən bunu təsadüfən demədim. Məlum olduğu kimi, son vaxtlar Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən ard-arda keçirilən əməliyyatlar nəticəsində xeyli casus ifşa olunub. Son əməliyyatda DTX Ermənistan xüsusi xidmət orqanları tərəfindən əməkdaşlığa cəlb olunan 1980-ci il təvəllüdlü Əhmədov Rəşad Əhməd oğlu, habelə ölkəmizə qarşı təxribat-pozuculuq fəaliyyəti ilə məşğul olan 1991-ci il təvəllüdlü Əmirov Rövşən Musa oğlunu məsuliyyətə cəlb edib. Hər iki şəxs ölkəmizdə etnik və dini zəmində düşmənçilik yaratmaq, Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına açıq çağırışları özündə ehtiva edən videomateriallar hazırlamaq və digər pozuculuq fəaliyyətində ittiham olunur. Bunların fəaliyyəti trayektoriyası barədə məlumatlarla tanış olduqdan sonra görürük ki, bu insanlar da məhz yuxarıda bəhs etdiyimiz formada, yəni ya xarci səfər zamanı, ya da sosial şəbəkələrdə təsaüdfi tanışlıq nəticəsində casusa çevriliblər”.

V.İskəndərov, xarici güclərin, o cümlədən də İran və Ermənistanın casus toruna düşənlərin ifşa edilməsində Azərbaycanın xüsusi xidmət orqanlarının peşəkarlığını xüsusi olaraq qeyd edib. Bununla belə, o, sadə vətəndaşları da ehtiyatlı olmağa çağırıb: “Məlum olduğu kimi, müxtəlif ölkələrin, xüsusilə də yaxın və uzaq qonşularına düşməncəsinə yanaşan dövlətlərin əsas silahlarında biri məhz casus şəbəkəsidir. Bu baxımdan Ermənistanın və İranın Azərbaycanda sözügedən istiqamətdə fəallığı da hər kəsə bəllidir. Düzdür, Azərbaycanın xüsusi xidmət orqanları bəlli xarici güclərin toruna düşən casusları kifayət qədər peşəkarlıqla tez bir zamanda ifşa edir və zərərsizləşdirir. Bununla belə sadə vətəndaşlar ayıq-sayıqlığı əldə verməməlidirlər. Xüsusilə də bir daha bildirim ki, bu məsələdə sosial media üzərindən olan təsadüfi tanışlıqlardan da uzaq durulması vacibdir. Çünki sosial şəbəkə üzərindən başlanan “dostluq” nəticəsində vətəndaş xarici xüsusi xidmət orqanlarının toruna düşür. Belə qurbana çevrilməmək üçün hər bir kəs ehtiyatı əldən verməməlidir”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər