"Drakon" həbs edilib

"Drakon" həbs edilibAvrasiya.net xəbər verir ki, bu gün Bakı Apellyasiya məhkəməsinin hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən iclasda "Dolu" filmində Drakon obrazını canlandıran aktyor Rza Rzayev məhkəmə işinə baxılıb. Məhkəmənin qərarı ilə ona CM-nin 221.3 cü maddəsi ilə barəsində 2 il azadlıqdan məhrumetmə cəzası verilib.

Xatırladaq ki, 2018-ci ildə aktyor Rza Rzayevlə 175 saylı orta məktəbin direktoru Tural Mirzəliyev arasında davam edən qalmaqal sonradan əlbəyaxa dava ilə nəticələnmişdi.

R. Rzayev Tural Mirzəliyev və Ülvi Quliyevin şikayətləri əsasında həbs edilib. Bu cinayət işi 2018-ci ildən davam edir və bu gün zərərçəkənlərin birinci instansiya məhkəməsinin qərarından verdikləri apellyasiya şikayətinə baxılıb.

Belə ki, təhsil müəssisəsinin direktor müavini, Rza Rzayevin bacısı Zeynəb Rzayeva həmin tarixdə direktor Tural Mirzəliyev tərəfindən dəvət edilərək, ona təlim-tərbiyə işləri üzrə direktor müavinlərinin vəzifə səlahiyyətlərinin bölgüsündə II yarımildən etibarən dəyişiklik ediləcəyi bildirilib. Amma Zeynəb Rzayeva bu qərara etiraz edib. Daha sonra onun qardaşı Rza Rzayev direktorun yanına gələrək onunla mübahisə edib və iddiaya görə daha sonra onu döyüb.

Rza Rzayev barəsində Nizami rayon Polis İdarəsində cinayət işi başlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ittiham irəli sürülüb.

Məlumatı saytımıza onun vəkili Səlahəddin Cəfərov təsdiqləyib. Vəkil məhkəmənin qərarını əsassız və ədalətsiz adlandırıb. “Bu qərardan yüksək instansiya məhkəməsinə şikayət edəcəyik”, - S.Cəfərov əlavə edib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər