Sizin Reklam Burada

Ülviyyə Alovlu axtarışa VERİLDİ

Ülviyyə Alovlu axtarışa VERİLDİJurnalist Ülviyyə Alovlu axtarışa verilib.

Avrasiya.net “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə qərar Binəqədi Rayon Məhkəməsində çıxarılıb.

Hakim Abbas Rzayevin sədrliyi ilə keçirilən iclasda qeyd edilib ki, dəfələrlə çağırış göndərilməsinə axmayaraq, Ülviyyə Muradova cavabdeh olduğu məhkəmə iclaslarına gəlməyib. Buna görə bir müddət öncə onun barəsində məhkəməyə məcburi gətirilmə qərarı çıxarılıb. Bununla belə onun məhkəməyə gətirilməsi mümkün olmayıb. Qeyd edilən situasiyanı nəzərə alaraq, məhkəmə Ü.Alovlunun barəsində axtarış qərarı çıxarıb. Qərarın icrası ilə bağlı bildiriş ərazi üzrə müvafiq polis orqanına göndərilib.

Qeyd edək ki, Ülviyyə Muradova xalq artisti Flora Kərimova tərəfindən xüsusi ittiham ittiham qaydasında məhkəməyə şikayət edib. Onun şikayəti əsaslı hesab olunaraq jurnalist barəsində Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələri ilə cinayət təqibi başlanılıb.

Xatırladaq ki, tərəflər arasında qalmaqala səbəb Ü.Alovlunun Flora Kərimova barəsində sosial şəbəkələrdə səsləndirdiyi fikirlər olub.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər