İqtisadçını təhsil şöbəsinə müdir qoyublar - Deputat

İqtisadçını təhsil şöbəsinə müdir qoyublar - DeputatTəhsil haqqında qanuna əlavə dəyişikliklərin edilməsinə ehtiyac var.

Avrasiya.net xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Fəzail Ağamalı bildirib.

Deputat məktəblərin bir qisminə direktor təyin edilməməsinə də toxunub:

“Bu məsələ hansı formada tənzimlənir ki, Azərbaycanda olan orta məktəblərin 1/6-də direktor yoxdur? Salyanda 20 məktəbin direktoru yoxdur. Rayonda təhsil sektorunun rəhbəri təhsil ilə əlaqəsi olmayan, iqtisadiyyat sahəsində çalışan bir şəxsdir. Qanunvericilikdə optimal yol tapmalıyıq ki, belə hallara yol verilməsin. Digər tərəfdən, repetitorlar bizə ciddi problem yaradır. Bundan başqa, ali məktəbə ikipilləli qəbul var, bu, dünyanın heç bir yerində yoxdur. Bu gün Azərbaycanda 100 mindən çox şagird orta məktəbi bitirir, lakin onların yarısı qəbul olur, yarısı kənarda qalır. Peşə təhsilinin təkmilləşdirilməsi üçün qanunvericiliyə yenidən baxılmasına ehtiyac var”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər