Ata oğlunun məzarı üstündə niyə intihar edib? - TƏFƏRRÜAT

Ata oğlunun məzarı üstündə niyə intihar edib? -Ötən gün Astarada intihar hadisəsi baş verib. Rayon sakini 1960-cı il təvəllüdlü İsbət Əliyev Həsin kənd qəbiristanlığında oğlu Əfqan Əliyevin məzarının yaxınlığında yerləşən ağacdan özünü asaraq öldürüb.

Modern.az-ın əldə etdiyi məlumata görə, İsbat Əliyevin oğlu Ə.Əliyev keçən ilin noyabr ayında avtomobil qəzasına düşərək, faciəvi şəkildə həyatının itirib.

Övladının ölümündən sonra özünə qapanan İ.Əliyev yaxınları ilə söhbətində yaşamaq istəmədiyini bildirirmiş.

"İsbət Əliyev oğlunun vəfatından sonra yaşamağı özünə ar bildiyini, övladından yadigar qalan 2 oğlan nəvəsini görəndə vicdan əzabı çəkdiyini, artıq dözə bilmədiyini, ölmək istədiyini söyləyirdi", - mərhumun həmkəndliləri deyib.

Məlumata görə, İsbət Əliyev Şağlazüzə kənd məktəbində gözətçi işləyib. Onun 2 oğlu, 3 qızı olub. Övladlarından biri - Əfqan Əliyev yol qəzasında dünyasını dəyişib.

Hazırda intihar faktı ilə bağlı araşdırma aparılır.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər