"QMİ-nin fətvası dini etiqad azadlığına zidd olmur"

"QMİ-nin fətvası dini etiqad azadlığına zidd olmur"“Şeyxülislamın verdiyi fətva bütün məscidlərimizdə yerinə yetirilməlidir. Pozuntular olursa, bununla bağlı müvafiq tədbirlər görülür”.

Avrasiya.net xəbər verir ki, bunu jurnalistlərə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Komitə sədri bildirib ki, bir-iki məscidin imamı istefa verib: “Eyni zamanda, Qafqaz Müsəlmanları İdarəsində Şeyxülislamın, Qazılar Şurasının çıxartdığı fətvaları kimsə pozursa, aydın məsələdir ki, o adam Azərbaycandakı dini mühitlə bağlı doğru addım atmır. Bu zaman özü səhvini başa düşürsə, ola bilsin, istefa verir”.

"Ölkədə Ramazan və Qurban bayramı Novruz bayramı ilə müqayisədə daha az, yəni 2 gün olur. Bu, o demək deyil ki, məsciddə keçiriləcək tədbir başqa günləri əhatə etməlidir. Biz ölkənin dini qurumunun çıxardığı fətvasını əsas götürməliyik. Şeyxülislam özü gedir həmin gün bayram namazı qıldırır. Əgər hansısa imam öz ölkəsinin dini qurumunun fətvası yerinə yetirmirsə, düz edir? Ona sual vermək lazımdır görək o kimin fətvasını yerinə yetirir? Hər bir ölkənin öz dini qurumu, bizdə də QMİ və Qazilər Şurası mövcud vəziyyəti qiymətləndirib fətva verir. QMİ-nin fətvası dini etiqad azadlığına zidd olmur. O, dinlə əlaqədar tələblərə uyğun fətva verir. Bu şəriət qaydalarını əhatə edir. Əgər QMİ-nin tərkibində olan qurum buna əməl etməsə ziddiyyət yaranmazmı?! Dövlət heç vaxt məsciddə, kilsədə ayinlərin necə idarə edilməsinə müdaxilə etmir. İstənilən dinin rəhbər qurumu var və onların qərarına əməl etməlidir. Belə hallarda imamlara sual verilməlidir ki, öz mənsub olduğu, şəriətlə bağlı əlaqəli olduğunu şeyxülislamın fətvasını yerinə yetirmirsə, kimin fətvasını yerinə yetirir? Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi QMİ-nin fətvasına müdaxilə etmir. Qərardan dolayı məscidlərdə proseslərin gedişatına nəzarət edir", - deyə Mübariz Qurbanlı vurğulayıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər