"Dayaq"çılar Tərtərdə olublar - Fotolar

"Dayaq"çılar Tərtərdə olublar - FotolarDayaq Vətən Müharibəsi Əlillərinə və Şəhid Ailələrinə Dəstək Təşkilatının İdarə Heyəti Tərtər rayonuna səfəri zamanı Tərtər Rayon İcra Hakimiyyətinin rəsmiləri ilə müqəddəs şəhidlərimizi ziyarət etdikdən sonra, erməni vandallarının mülki əhalinin yaşadığı ərazilərə vurduğu raket zərbələrinin qalıqları olan yerlərə yenidən baxış keçiriblər.

Avrasiya.net xəbər verir ki, daha sonra Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədovun dəvəti ilə Tərtər Rayon İcra Hakimiyyətinin inzibati binası ziyarət edilib.

Görüşdə rayon rəhbəri rəşadətli Ordumuzun, igid hərbçilərimizin 44 günlük Vətən müharibəsində göstərdikləri qəhrəmanlıqlardan söz açaraq, vətən torpağı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin hər zaman xalqımızın qəlbində əbədi olaraq qalacağını deyib.

Dövlət tərəfindən şəhid ailələrinə xüsusi diqqət göstərildiyini bildirərək, qeyd edib ki, şəhid ailələrinin, qazilərimizin məişət şəraiti günü-gündən yaxşılaşdırılır, onlara yeni mənzillər verilir, ailələrinə xüsusi təqaüd və müavinətlər ödənilir. Bu işlər bilavasitə Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin tapşırıq və göstərişləri əsasında aparılır.



Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər