18 yaşlı gənc intihar edib
Dərc olunub:
6-05-2023, 10:02
Ağsuda intihar hadisəsi baş verib.
”Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Ərəbuşağı kəndində qeydə alınıb.
Belə ki, kənd sakini 2005-ci il təvəllüdlü Fərəcov Ramil Rahim oğlu yaşadığı evdə özünü asaraq intihar edib.
Ətraflı
Hadisənin hansı səbəbdən baş verməsi hələlik məlum deyil.
Onun meyidi müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Ağsu rayon şöbəsinə təhvi verilib.
Faktla bağlı Ağsu rayon Prokurorluğunda araşdırma aparılır.
Son xəbərlər
