Mina terroruna qarşı İctimai Platforma öz işinə başlayıb

Mina terroruna qarşı İctimai Platforma öz işinə başlayıbAzərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlt Dəstəyi Agentliyində Mina terroruna qarşı İctimai Platformanın birinci iclası keçirilib.

Mina terroruna qarşı İctimai Platformanın əlaqələndiricisi, “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin sədri Azər Allahverənov bildirib ki, İctimai Platforma olaraq mina terrorunun qarşısının alınması istiqamətində fəaliyyətimizi davamlı şəkildə həyata keçirməyi planlaşdırırıq. “Dünya ictimaiyyətinə və beynəlxalq təşkilatlara, o cümlədən insan hüquqlarının müdafiəsi ilə məşğul olan beynəlxalq təşkilatlara müraciətlərimiz, insan hüquq və azadlıqlarının müdafiəsi məqsədilə Ermənistanın hərbi cinayətlərinə susmamağa, qətiyyətli mövqe nümayiş etdirməyə çağırışlarımızı davam edəcəyik”.

İclasda iştirak edən İctimai Platformanın üzvləri Ermənistanın Azərbaycana qarşı davam edən mina terroru ilə bağlı fikirlərini bildiriblər. Qeyd edilib ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərini kütləvi şəkildə minalarla və təhlükəli döyüş sursatları ilə çirkləndirən, yaşayış məskənlərini, kəndləri, şəhərləri viran edərək yer üzündən silmiş erməni hərbi birləşmələrinin qanunsuz əməlləri haqqında beynəlxalq təşkilatlara edilən müraciətlər hələ də cavabsız qalıb.

“Beynəlxalq təşkilatlar Ermənistanın qanunsuz terror fəaliyyətinə münasibət bildirinə qədər müraciətlərimizi dünya ictimaiyyətinin diqqətinə çatdıracağıq”.

İşçi qaydada keçirilən tədbirin sonunda qərara alınıb ki, mina terroruna qarşı İctimai Platforma təkliflər paketini hazırlayacaq və sənəddə yer almış fəaliyyətlərin icrası ilə əlaqədar zəruri addımlar atacaqdır.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər