Rüşvətə görə tutulan dekanın məhkəməsi başlayır

Rüşvətə görə tutulan dekanın məhkəməsi başlayırAzərbaycan Dövlət Aqrar Universitetinin sabiq fakültə dekanı Famil Nəsibovun barəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı yekunlaşdırılıb.

Avrasiya.net xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

İbtidai istintaq zamanı Famil Nəsibovun qeyd olunan vəzifədə işləyərkən rəhbərlik etdiyi fakültədə keçirilən dərslərdə iştirak etməyən tələbələrin imtahanlara buraxılması, onlara məqbul qiymətlərin yazılması və digər güzəştlərin edilməsi müqabilində ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.

Famil Nəsibova Cinayət Məcəlləsinin 311.3.2 (rüşvət alma təkrar törədildikdə) maddəsi ilə yekun ittiham elan edilərək barəsində əsas qətimkan tədbiri qismində ev dustaqlığı, əlavə qətimkan tədbiri qismində isə vəzifədən kənarlaşdırma seçilib.

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər