Siyəzəndə torpaq sürüşməsi: evlər dağıldı - Video
Dərc olunub:
5-05-2023, 11:04
Siyəzən rayonunun Sədan kəndində torpaq sürüşməsi baş verib.
Bu barədə Avrasiya.net-ə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
Nəticədə kənd sakinləri N.Qanbayeva və G.Məlikovanın yaşadıqları fərdi yaşayış evləri qəzalı və yaşayış üçün yararsız vəziyyətə düşüb.
Bununla əlaqədar FHN-in Şimal Regional Mərkəzinin əməkdaşları tərəfindən evləri təhlükəli vəziyyətə düşmüş Sədan kənd sakinləri üçün müvəqqəti yaşayış məqsədilə iki ədəd çadır qurularaq vətəndaşlara təhvil verilib.
Son xəbərlər
