Qəbələdə 12 milyon manatlıq villa kimindir?

Qəbələdə 12 milyon manatlıq villa kimindir?Qəbələdə dəbdəbəli villa fantastik qiymətə satışa çıxarılıb.

Avrasiya.net Yenisabah-a istinadən xəbər verir ki, Qəbələ şəhəri “Chenot palace health wellness” sağlamlıq mərkəzinin yanında yerləşən villa alıcıya nə az, nə çox, düz 12 milyon manata təklif olunur.

500 sot torpağın içində tikilən, 1800 kv/m sahəsi olan dəbdəbəli mülk 2 mərtəbədən və 11 otaqdan ibarətdir.

İqamətgah eksklüziv mebellər, çilçıraqlar və rəsm əsərləri ilə tam təchiz olunub. Həyətində dekorativ ağaclar və meyvə ağacları var.

Evin qapalı və açıq hovuzu, saunası, kinoteatrı və idman zalı da var. Satıcı 12 milyonluq villanı alacaq olan şəxsin məxfiliyini tam qoruyacağını da qeyd edib.

Mülkün sahibinin kimliyi gizli saxlanılır. Onun Rusiyada yaşayan azərbaycanlı iş adamlarından biri olduğu güman edilir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər