BP ilə ADAU arasında əməkdaşlıq memorandumu imzalanıb - FOTOLAR

BP ilə ADAU arasında əməkdaşlıq memorandumu imzalanıb -BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qeri Cons və rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Dövlət Aqrar Universitetinə (ADAU) səfər edib.

Səfər çərçivəsində qonaqlar ilk öncə Universitetin Aqronomluq tədris korpusunda müasir laboratoriyalar və baramaçılıq tədrsi mərkəzinə baş çəkiblər. Sonra Tələbə evlərində yaradılan müasir şəraitlə tanış olub, qapalı və açıq balıq yetişdirmə həmçinin, istixana komplekslərinə baxış keçiriblər.

Tədbirin Tələbə parkında keçirilən rəsmi hissəsində çıxış edən Universitetin rektor vəzifəsini icra edən Zəfər Qurbanov qonaqları salamlayaraq perspektivdə birgə həyata keçiriləcək layihələr haqqında məlumat verərək, birgə əməkdaşlıqdan məmnunluğunu ifadə edib.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov həyata keçiriləcək layihələrin önəmindən danışaraq, ölkəmizin yeganə aqrar kadr hazırlayan ali təhsil ocağı olan ADAU-ya uğurlar arzu edib.

BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qeri Cons çıxışında ADAU ilə BP arasında imzalancaq memorandumun mahiyyətindən danışaraq Universitetin nəşriyyat potensialının və resurslarının inkişaf etdirilməsi, eləcə də ümumi elmi-tədqiqat infrastrukturunun təkmilləşdirilməsi planlarına dəstək məqsədilə bu iki təşkilat arasında sıx əməkdaşlıq üçün zəmin yaratdığını deyib.

“British Council” təşkilatının Azərbaycan üzrə direktoru Nərgiz Hacıyeva bildirib ki, bu gün BP öz Azəri-Çıraq-Günəşli, Bakı-Tbilisi-Ceyhan, Şahdəniz və Cənubi Qafqaz Boru Kəməri layihələrindəki tərəfdaşları adından Gəncə universitetlərindən seçilmiş 70 müəllim üçün ingilis dili biliklərini təkmilləşdirməyə və innovativ tədris bacarıqlarını inkişaf etdirməyə yönəlmiş yeni təhsil layihəsinin başlanmasını elan edib.

Sonra BP ilə ADAU arasında birgə əməkdaşlıq haqqında memorandum imzalanıb.

Nahar fasiləsində qonaqlar Universitetin Aqronomluq fakültəsinin yeməkxanasında tələbələrlə birlikdə nahar edib, daha sonra Tədris-təcrübə təsərrüfatı ilə tanış olublar.











Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər