Astarada sabiq bələdiyyə sədri öldürüldü

Astarada sabiq bələdiyyə sədri öldürüldüAstaranın Dirya kənd sakini 1969-cu il təvəllüdlü Eynəli Cəlal oğlu Əzizovun meyiti qonşu Şümrüd kəndi ərazisindəki meşə massivində tapılıb.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, meyitin üzərində çoxsaylı kəsici-deşici alətlərin izləri müşahidə olunub.

Faktla bağlı Astara Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Qeyd edək ki, E. Əzizov mayın 1-də axşam saatlarında evdən çıxıb və bir daha geri qayıtmayıb. Daha sonra onun yaxınları polisə müraciət ediblər.

Xatırladaq ki, mərhum Şümrüd kənd məktəbində vaxtı ilə müəllim işləyib. Onun heyvandarlıq təsərrüfatının və ticarət obyektinin olduğu bildirilir. O eyni zamanda bələdiyyə sədri də işləyib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər