"Erkən nikah tibbi aspektdə" - Tv-də maarifləndirici veriliş

"Erkən nikah tibbi aspektdə"  - Tv-də maarifləndirici veriliş“XXI Əsr Təhsil Mərkəzi” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Təhsildən yayınma, erkən nikah – yarımçıq qalan arzular” layihəsi çərçivəsində “Erkən nikah tibbi aspektdə" mövzusunda Səs.tv-də təşkil olunan sonuncu maarifləndirici verilişin qonağı 2 saylı Doğum evinin Ginekologiya şöbəsinin müdiri Əminə Allahverdiyeva olub.

Ə. Allahverdiyeva qeyd edib ki, qızların erkən yaşda ailə qurması onların sağlamlığına olduqca ağır zərbələr vurur: “Yeniyetmə qız uşaqları ilk menstruasiyadan sonra hamilə ola bilsələr də, onların orqanizmi hələ yaxın 5 il ərzində hamiləliyin başa çatdırılmasına və doğuşa hazır olmur”.

Onun sözlərinə görə, erkən yaşda hələ yeni formalaşmağa başlayan reproduktiv sistemin hormonal pozuntusu, erkən yaşda valideyn olmaqla bağlı yaranan sosial, mənəvi-etik problemlər, erkən hamiləlik və onunla bağlı baş verən abortlar, vaxtından əvvəl doğuşlar, ginekoloji xəstəliklər, sonsuzluqla nəticələnə bilən ağırlaşmalar risk göstəriciləridir: "Erkən yaşlarda hamilə qalmaq qadınlar üçün risk faktoru hesab olunur. Ailə qurmaq üçün qızların orqanizmi müəyyən qədər formalaşmalıdır və bədənin hormonal funksiyası tamamlanmalıdır. Hələ 17 yaşı tamam olmayan qız ərə gedən zaman orqanizmdə reproduktiv sistem və endokrin orqanlar hələ öz funksiyalarını başa çatdırmamış vəziyyətdə olurlar. Erkən yaş doğumlarında ana və uşaq ölümləri, əlil uşaq dünyaya gətirmə riski daha böyükdür. Həmçinin, qızlarda hamiləlik zamanı böyrək problemləri də ortaya çıxır".

Həkim sonda uşaqların öz uşaqlıqlarını yaşadıqdan sonra ailə qurmalarını tövsiyə edib: “Uşaq uşaqlığını yaşamadan evləndirildiyi üçün ailənin nə olduğunu dərk etməyə zamanı belə olmur, uşağın tək özü deyil, orqanizmi də böyümədiyi üçün ana ola bilmir. Bəzən isə buna görə erkən qurulan ailə elə erkən də dağılır və bir növ tez boşanmaya yol açır.”

Qeyd edək ki, layihə 3 ay nəzərdə tutulub və apreldə yekunlaşacaq.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər