MTN polkovnikinin şikayəti rədd edilib

MTN polkovnikinin şikayəti rədd edilibLəğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) dələduzluqda təqsirli bilinən Qusar, Kürdəmir rayon şöbələrinin sabiq rəisi, polkovnik Bahadır Qocayevin barəsindəki hökmdən verilən kassasiya şikayətinə baxılıb.

APA xəbər verir ki, Ali Məhkəmədə hakim Şahin Yusifovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, kassasiya şikayəti əsassız sayılaraq təmin edilməyib.

Bakı Apellyasiya Məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

Qeyd edək ki, Bahadır Qocayev bir müddət Lənkəran Dövlət Universitetində prorektoru olub. Keçmiş MTN əməkdaşı 70 min manatdan çox pulu mənimsəməkdə ittiham edilib.

Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, Bahadır Qocayev MTN-in Qusar və Kürdəmir rayon şöbələrinin rəisi olub. “MTN işi” ilə bağlı araşdırmalar başladıqdan sonra təhlükəsizlik strukturundan çıxarılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər