İnkişafa nail olmaq üçün yenilikləri öyrənmək lazımdır - Əhməd İsmayılov

İnkişafa nail olmaq üçün yenilikləri öyrənmək lazımdır - Əhməd İsmayılovDövlət qurumlarının mətbuat xidmətləri üçün təlimin təşkilində əsas məqsəd ictimaiyyətlə əlaqələrə məsul şəxslərin peşəkar bacarıqlarının təkmilləşdirilməsi və inkişaf etdirilməsi, kommunikasiya sahəsində ən son tendensiyaların və qabaqcıl təcrübələrin öyrənilməsidir.

Avrasiya.net xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov dövlət qurumlarının mətbuat xidmətləri üçün keçirilən təlim proqramının açılış mərasimində söyləyib.

Əhməd İsmayılov vurğulayıb ki, təlim qurum və təşkilatların kommunikasiya siyasətinin təhlili və tədqiqi, uğurlu modellərin araşdırılması, faydalı metodik mexanizmlərin və texnikaların müəyyən edilməsi, PR menecerlərin fəaliyyətinin səmərəliliyinin artırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

O qeyd edib ki, strateji planlaşdırma mətbuat xidmətlərinin rəhbərləri üçün çox vacibdir. Rəqəmsal mediada məlumatların toplanması, öyrənilməsi hazırkı dövrdə əhəmiyyətli məsələdir. Bu səbəbdən də mediada davamlı inkişafa nail olmaq üçün yenilikləri öyrənmək lazımdır.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər