"Hərə bir kurs açıb müəllimlik eləsə də... "

"Hərə bir kurs açıb müəllimlik eləsə də... "Sumqayıt idman məktəbində məşqçinin törətdiyi faciəli ölüm hadisəsinin görüntüləri olduqca sarsıdıcı və tükürpərdicidir. Avropa oyunlarının bürünc mükafatçısı, tanınmış idmançı Mehman Xəlilovun sambo məşqi zamanı Fərid Bakarov adlı azyaşlıya qarşı təhlükəli fənd işlətməsi nəticəsində, 7 yaşlı Fəridin başının bədəninin altında qalması səbəbindən boynunun qırılması və az sonra ölməsi idman məktəblərindəki durumun uşaqların həyatı üçün həqiqətən də çox təhlükəli olduğunu göstərir.

Hərə bir kurs açıb müəllimlik eləsə, bu cür faciəli hadisələrin təkrarlanacağından qətiyyən şübhəmiz olmasın. Odur ki, hər idmançıya kurs açmaq, öz məktəbini yaratmaq icazəsi verilməməlidir. Onların həm intellekti, həm də psixoloji durumu mütləq nəzərə alınmalıdır. Çünki sirr deyil ki, peşəkar idmançıların bir çoxunun təhsil-intellekt səviyyəsi çox aşağı olur, psixoloji səbatsızlıqları da öz yerində. Ona görə də, belələrinin kurs açıb məşqçi-müəllim kimi fəaliyyət göstərməsinə heç bir halda icazə verilməməlidir.

Həmçinin müvafiq qurumlardan lisenziya alıb idman məktəbi yaradan peşəkar idmançıların fəaliyyətinə nəzarət də mütləq gücləndirməlidir. Eləcə də bu məktəblərə gedən uşaqlarla və onların valideynləri ilə mütəmadi surətdə maarifləndirici söhbətlər aparılmalıdır. Uşaqlar bu cür məkanlarda baş verən zorakılıqlar barədə ən azından öz valideynlərinə dərhal məlumat verməlidir. Mehman Xəlilov kimi azğınlaşmış məşqçilər qanunun bütün şiddəti ilə cəzalandırılmalıdır ki, onun aqibəti digər pedaqoq-məşqçilərə də görk olsun.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər