“AzerGold” Əməyin Mühafizəsi Gününə həsr olunmuş tədbir keçirdi

“AzerGold” Əməyin Mühafizəsi Gününə həsr olunmuş tədbir keçirdiAprelin 28-də “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Daşkəsən rayonunda yerləşən Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində (ÇİRES) Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunmuş tədbir keçirilib.

“Təhlükəsiz və sağlam iş şəraiti iş yerində əsas prinsip və işçilərin hüququdur” mövzusundakeçirilən tədbirdə “AzerGold” QSC ilə yanaşı, Daşkəsən Rayon İcra Hakimiyyəti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin nümayəndələri və QSC-nin ÇİRES-də çalışan podratçı şirkətlərinin əməkdaşları iştirak ediblər.

Tədbirdə çıxış edən “AzerGold” QSC-nin İdarə Heyəti sədrinin müavini Oqtay Məmmədov Səhmdar Cəmiyyət tərəfindən əməyin mühafizəsi, işçilərin sağlam və təhlükəsiz əmək şəraiti ilə təmin olunması, habelə ətraf mühitin mühafizəsisahəsində görülən işlər barədə ətraflı məlumat verib. Bildirilib ki, iş yerlərində, xüsusilə istehsalat müəssisələrindəreallaşdırılanprofilaktik və preventiv tədbirlər nəticəsində “AzerGold” QSC tərəfindən bütün fəaliyyət dövrü ərzində istehsalatda bədbəxt hadisələrin, peşə xəstəliklərinin qarşısının alınması və əməyin təhlükəsizliyininqorunmasına nail olunub. Bununla Səhmdar Cəmiyyətdə xəsarətsiz ötüşən iş saatlarının miqdarı 4 milyon saatayaxınlaşıb ki, bu da dağ-mədən sahəsində fəaliyyət göstərən şirkətüçün yüksək göstərici hesab edilir.

Tədbir çərçivəsində qonaqlar ÇİRES-in fəaliyyəti ilə tanış olub, müəssisədə yaradılan əlverişli əmək şəraiti,sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi sahəsində görülən tədbirlərdən məmnunluqlarını ifadə ediblər.

Xatırladaq ki, Ümumdünya Əməyin Mühafizəsi Günü BMT-nin ixtisaslaşmış qurumlarından biri olan Beynəlxalq Əmək Təşkilatı tərəfindən 2003-cü ildətəsis edilib. Əməyin mühafizəsi ilə bağlı təsis edilən bu xüsusi günhər il Azərbaycanda da qeyd olunur.

Ölkəmizdə layiqli əmək təminatı, işçilər üçün təhlükəsiz və sağlam əmək şəraitinin yaradılması dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Bu istiqamətdə mütərəqqi beynəlxalq norma və standartlar əsasında qəbul edilmiş milli qanunvericiliyə uyğun olaraq həyata keçirilən tədbirlər çərçivəsində “AzerGold” QSC-nin müəssisə və törəmə şirkətlərində də sistemli fəaliyyət aparılır, işçilərin əmək hüquqları, əməyin təhlükəsizliyi sahəsində davamlı maarifləndirilməsitəmin edilir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər