Naxçıvanın sabiq daxili işlər nazirinin əmlakı özünə qaytarılıb

Naxçıvanın sabiq daxili işlər nazirinin əmlakı özünə qaytarılıbNaxçıvanın sabiq daxili işlər naziri, general-leytenant Əhməd Əhmədovun əlindən alınmış əmlakı özünə qaytarılıb.

APA-nın əldə etdiyi xəbərə görə, söhbət Naxçıvanda "57 bazarı" kimi tanınan ərazidə yerləşən bir neçə obyektdən gedir.

Həmin obyektlər 20 ildən artıq Əhməd Əhmədovun olub, həbs olunduqdan sonra isə ondan alınıb. Lakin sözügedən əmlak Əhməd Əhmədovun cinayət işi ilə bağlı məhkəmə hökmü ilə müsadirə edilməyib, geri qaytarılması proseduru da eyni qaydada reallaşıb.
Ətraflı

Qeyd edək ki, 17 il Naxçıvanın daxili işlər naziri olmuş Əhməd Əhmədov 2018-ci ildə vəzifəsindən azad edilib, 2020-ci ildə Bakıda saxlanılaraq həbs olunub.

Naxçıvan Muxtar Respublika Hərbi Məhkəməsinin hökmü ilə Əhməd Əhmədov xüsusilə külli miqdarda mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvət alma və vəzifə səlahiyyətlərini aşma maddələri ilə təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum edilib.

Yuxarı instansiya məhkəmələri hökmü dəyişdirmədən qüvvədə saxlayıb

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər