"İsa Qəmbər yumşaq tənə ilə kifayətləndi"

"İsa Qəmbər yumşaq tənə ilə kifayətləndi"Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbərin Kanadada yaşayan oğlu İlkin Qəmbərin qondarma "erməni soyqırımı" ilə bağlı sosial şəbəkə hesabında etdiyi sərsəm paylaşımın etiraz doğuracağı gözlənilən idi. Çünki 44 günlük Vətən müharibəsinə qədər həmişə hazırkı hakimiyyəti torpaqlarımızı erməni işğalından azad etməməkdə ittiham edən İsa Qəmbərin öz oğlunun ermənilərin qondarma "soyqırımı kədəri"nə şəriklik etməsi heç bir məntiqə sığmır.

Buna nə ad vermək olar? Riyakarlıq? Bir müxalifət liderinin öz övladını milli maraqlarımıza zidd ruhda tərbiyə etməsi? Yoxsa, "Oğul öz atasına görə cavabdehlik daşımır" kimi cəfəng düşüncəyə əsaslanan bir hərəkət?

Bəlkə də İsa Qəmbərin oğlu belə bir mənfur addımı Kanadada oturum izni, vətəndaşlıq hüququ əldə etmək məqsədilə atıb. Başqa səbəblər də ola bilər. Lakin motiv, səbəb nə olursa olsun, İlkin Qəmbərin bu hərəkəti bütün hallarda alçaq hərəkətdir. Eləcə də atasının dilini qısa edən bir davranışdır.
Əslində İsa Qəmbər naxələf övladının bu mənfur hərəkətini çox sərt şəkildə qınamalıydı. Ancaq o isə oğlunun qondarma "erməni soqırımı" ilə bağlı səhv mövqedə olduğunu və onun paylaşımının özü üçün gözlənilməz olduğunu vurğulamaqla, necə deyərlər, yumşaq tənə ilə kifayətləndi.

Azərbaycan Xalq Partiyasının (AXP) sədri, sabiq baş nazir Pənah Hüseyn isə superdemokratlıq və superliberallıq nümayiş etdirərək bəyan etdi ki, "İlkin Qəmbərin qondarma "erməni soyqırımı" ilə bağlı sosial şəbəkə hesabındakı paylaşımı onun mövqeyini əks etdirir və mən buna təəssüf edirəm. Azərbaycan cəmiyyəti üçün İsa Qəmbərin fikri önəmlidir, oğlu İlkin Qəmbərin yox".

Pənah bəyin mövqeyi yanlış mövqedir. Son illərə qədər Azərbaycanın dövlət başçısı olmaq iddiası ilə yaşayan, prezident seçkilərinə qatılan İsa Qəmbərin özüylə bərabər, oğlunun da bu kimi taleyüklü məsələlərlə bağlı hansı fikirdə olması çox önəmlidir. Millətə, ölkəyə liderlik etmək istəyən bir siyasətçinin övladı düşmən dəyirmanına su tökə bilməz!

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər