"İlkin Qəmbərə qarşı təpkilərin olması normal haldır"
İlkin Qəmbərə qarşı təpkilərin olması normal haldır və olması da lazımdır. Əks təqdirdə içində xəyanət yatmış bəzi ünsürlər də ayaqlana bilər.
Bunu Avrasiya.net-ə politoloq Vasif Əfəndi Müsavat partiyasının sabiq sədri İsa Qəmbərin Kanadada yaşayan oğlu, ötən gün qondarma “erməni soyqırımı” ilə bağlı “anım” paylaşan İlkin Qəmbər ermənilər haqqında film çəkməsinə münasibətində deyib.
O, qeyd edib ki, indiyə qədər xaricdə bəslənən bir çox siyasi aktivlər bu fəaliyyətlərini sürdürürlər. Onların bəziləri açıq şəkildə düşmənçilik edirsə, digər qismi sətiraltı və demokratiya pərdəsi altında fəaliyyətdə bulunurlar: "Yəni mövcud problemləri davamlı olaraq deməklə onun içərisində məqsədli və qərəzli materialları beyinlərə yeritməyə çalışırlar. Bu sahədə vəziyyət təxminən belədir: - "Demokratiyanı qazanda dəmə qoyulan düyü, provaksiya - sobatajı və xəyanət isə aş qarasıdır". İlknin "Böyük Ermənistan" yalanı barədə çəkdiyi film üzün müddət Azərbaycan ictimaiyyətinin diqqətindən kənar qalması isə filmin ingilscə olmasıdır. O hətta saxta genosid iddiasına dəstək tviti də ingilscə atmışdır. Bu gəncin ziyanlı fəaliyyətini tənqid edənləri hədəfə alanlar isə kökündən yanlışlığa yol verirlər. Problemin üzərinə gedilməli və genişlənməsinin qarşısını almalıyıq. İsa Qəmbərin düşdüyü vəziyyəti və çəkdiyi acını anlayaraq siyasətçi, ictimai xadim və valideyn olaraq hadisədən ibrət götürməliyik".
Son xəbərlər
