Elşad Miridən SENSASİON AÇIQLAMA

Elşad Miridən“124 min peyğəmbərdən yəni biri də qadın olmayıb?

Təbii ki, olub, lakin bu gün bəzi məşhur din xadimlərinin Qurandakı ayələri insanlara yanlış tərcümə etməsi insanlarda belə düşüncələrin yaranmasına səbəb olub”.

Bu sözləri Referans.az-a qadın peyğəmbərlərin olması barədə açıqlamasında ilahiyyatçı Elşad Miri deyib. O, tarixdə qadın peyğəmbərlərin olduğunu və bu gün dinin bizə yanlış çatdırıldığını deyib:

“Əslində bu gün bizim dində belə bir anlayış var ki, qadın peyğəmbər olmayıb. Bu yanlış bir yanaşmadır, hətta yahudilərin özləri 124 min yox, 55 peyğəmbər qəbul ediblər və onların 7-sinin qadın olduğunu bildiriblər. Onların bütün dini kitablarında və bununla məşğul olan alimləri bu məsələni inkar etmirlər. Lakin bununla bağlı quranda bir ayə var. Bu gün bizim bəzi din xadimləri qurandakı həmin ayədə olan cümləni adam mənasını yox, kişi mənasını verirlər. Buna görə də fikirləşirlər ki, 124 min peyğəmbərin hamısı kişi olub. Qadınlar həm islam cəmiyyətində, həm də dünyanın demək olar ki, hər yerində dəyərli bir cins kimi sayılır. Hətta bəzi islam alimləri İsa Məsihinin anası Məryəmin peyğəmbər olduğunu bildirirlər. Ümumiyyətlə mən bu gün bu cahilliyin səbəbini insanlarda yox, dini onlara təbliğ edən şəxslərdə görürəm. Çünki hazrıda islam dinini bizə çatdıran şəxslər görəsən öz dediklərinə özləri inanırmı? Yəni bu gün din bizə təmamilə yanlış mənada çatdırılır. Nə zamana qədər islamı təbliğ edən şəxslər insanlara doğru məlumat verməyəcək, o zamana qədər də insanlarda bu cahillik davam edəcək”.

Musavat.com ilahiyyatçı Elşad Mirinin bu iddiaları ilə bağlı cavab vermək istəyən mütəxəssis və müəlliflərin yazılarını çap etməyə hazırdır.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər