Prokuror FHN-də intim videolar çəkən polkovnikə cəza istədi

Prokuror FHN-də intim videolar çəkən polkovnikə cəza istədiBakı Ağır Cinayətlər Məhkəməsində Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin rəisinin sabiq köməkçisi, həbsdə olan polkovnik Zaur Mirzəyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Unikal" xəbər verir ki, hakim Məhəmməd Əkbərovun sədrliyi ilə qapalı keçirilən prosesdə məhkəmə istintaqı başa çatıb və dövlət ittihamçısı çıxış edib.

Prokuror təqsirləndirilən şəxsin 5 il 6 ay azadlıqdan məhrum edilməsini istəyib.

Prosesdə təqsirləndirilən şəxsin vəkilləri müdafiə çıxışı üçün məhkəmədən vaxt istəyib.

Qeyd edək ki, Z.Mirzəyev ötən ilin avqustun 17-də saxlanılıb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

O, Cinayət Məcəlləsinin 156.2.1 (şəxsi həyatın toxunulmazlığını pozma), 242 (pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma) və 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham olunur.

İttihama görə, Z.Mirzəyev xidməti kompüterinə xüsusi proqram vasitəsilə gizli kamera quraşdıraraq, qadınlarla 2013-cü ildən başlamaqla 2019-cu ilin sonlarınadək iş otağında intim münasibətdə olarkən video və foto çəkilişlər aparıb, hazırlanmış qanunsuz pornoqrafik materialların 2022-ci ilin avqust ayında internet şəbəkələrində yayılmasına səbəb olub.

Zərərçəkmiş qismində FHN və iki qadın tanınır.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər