Sizin Reklam Burada

"Azərbaycanlı fəalların irəli sürdüyü tələblər tam ədalətlidir"

"Azərbaycanlı fəalların irəli sürdüyü tələblər tam ədalətlidir"“Laçın – Xankəndi yolunda azərbaycanlı ekofəalların aksiyasında iştirak edən gənclər bizim fəxrimizdir” – yanvar ayının 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları yerli televiziya kanallarına müsahibəsi zamanı bu fikri bildirmişdi.

Cənab Prezident 2 saatdan artıq davam edən müsahibəsində ona ünvanlanmış və ölkəmizin daxili və xarici siyasətini əhatə edən çoxsaylı sualları cavablandırmışdır. Xüsusilə bir aydan artıqdır ki, davam edən Azərbaycan ekofəallarının Laçın-Xankəndi yolunda soyuğa, qara və şaxtaya baxmayaraq ermənilərin torpaqlarımızda törətdikləri ekoloji terrora qarşı etirazı ilə bağlı sual ölkə başçımız tərəfindən əhatəli şəkildə təhlil edildi. Cənab Prezident qeyd etmişdir ki, biz ilk növbədə gecə-gündüz şaxtalı-qarlı havada orada olan, dayanmadan etirazını bildirən və haqq səsimizi dünyaya çatdıran ekofəallarımıza, gənclərimizə “Eşq olsun!” deyirik. Bu etiraz postmüharibə dövründə də Azərbaycan gəncinin nə qədər vətənpərvər və yüksək keyfiyyətlərə malik olduğunu bütün dünyaya nümayiş etdirir.

Hər qarışı bizim üçün əziz olan vətən torpaqlarında təbii sərvətlərimizə, flora və faunamıza qarşı törədilən erməni vandalizminə qarşı artıq Azərbaycan dövləti və xalqı biganə münasibət nümayiş etdirməmiş və baş verən terrorun qarşısının alınması üçün sivil formada haqq səsimizi bütün dünyaya çatdırması məqsədilə etiraz aksiyası keçirməkdədir. Ötən ilin dekabr ayının 12-də səhər saatlarından ekoloqlar və könüllülər tərəfindən Xankəndi - Laçın yolunun üzərində dinc etiraz aksiyasına başlanılmış və Azərbaycan ərazilərində təbii ehtiyatların qanunsuz istismarına son qoyulması tələb edilmişdir. Ekoloji terrora son qoyulması məqsədilə başladılmış bu aksiya çətin qış şəraitinə baxmayaraq bir aydan çoxdur ki, davam etdirilir.

Qeyd etməliyik ki, Azərbaycan gənclərinin bu haqlı etirazından təşvişə düşən Ermənistan, Qarabağda yerləşən separatçılar və onların havadarları dünyaya yalan məlumatlar ötürərək guya Qarabağda yaşayan erməni əhalisinin blokadaya salınması barədə illüziya yaratmağa çalışırlar. Bir daha qeyd edirik ki, Azərbaycanlı fəalların sülh aksiyası Qarabağda yaşayan ermənilər üçün heç bir təhdid yaratmır. Qarabağa göndərilən humanitar yardımların keçməsinə yaradılan şərait bunun bariz sübutudur.

Xüsusi olaraq vurğulamalıyıq ki, bu gün bütün Azərbaycanın ürəyi, belə desək Laçın – Xankəndi yolunda döyünür. Azərbaycanlı fəalların irəli sürdüyü tələblər tam ədalətlidir və inanırıq ki, Rusiya sülhməramlılarının nəzarəti altında olan Azərbaycan torpaqlarında tərəfimizdən monitorinqin aparılmasına şərait yaradılacaq və sərvətlərimizin qanunsuz istismarına son qoyulacaqdır.

Samir Baxşiyev
YAP Siyəzən rayon təşkilatının sədri

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər