Media dəstəklənməsi ilə bağlı strateji plan hazırlanıb
Dərc olunub:
12-01-2023, 12:47
“Çap mediasının inkişafı və rəqəmsal transformasiyanın dəstəklənməsi ilə bağlı strateji plan hazırlanıb və aidiyyəti üzrə təqdim edilib”.
Avrasiya.net xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov 2022-ci il üzrə görülmüş işlərə dair hesabat konfransında deyib.
Qurum rəhbəri bildirib ki, region mediasının inkişafı ilə bağlı diaqnostik icmal hazırlanmaqdadır:
"Media sahəsində milli məzmun, sosial reklam elanların maliyyələşdirilməsi yolu ilə mediaya dəstək mexanizmləri hazırlanıb. Bu sahədə beynəlxalq təcrübədən istifadə olunub. Hazırda təhlil və təkliflər üçün təqdim edilib” - deyə Əhməd İsmayılov vurğulayıb.