Qrip xəstələrinin etdiyi 3 səhv: soğan, sarımsaq...
Məşhur anestezioloq-reanimatoloq Şahin Məmmədov qrip xəstələrinin yol verdiyi əsas 3 səhvi açıqlayıb.
Avrasiya.net Publika.az-a istinadən xəbər verir ki, həkim soğan-sarımsaqla qripi müalicə etməyin yetərli olmadığını deyib.
Həkimin tövsiyələrini təqdim edirik:
Qrip, soyuqdəymə əlamətləri olan şəxslərin etdiyi ən populyar 3 yanlış müalicələr:
1. Sauna
Həm digər insanlara virusu yayırsız, həm də su itirməklə sağalmanı gecikdirirsiz. Saunanın ümumi soyuqdəymə əlamətlərini azaltması, sağalma müddətini tezləşdirməsi heç bir tədqiqatda sübuta yetirilməyib. Saunaya başqa vaxtlar getmək isə orqanizmə faydalıdır.
2. Soğan-sarımsaq
Bunlar faydalı qidalardır, amma onlara güvənib qripi ağır keçirəcəyi proqnozlaşdırılan insanların düzgün qabaqlayıcı tədbirlərini gecikdirmək olmaz. Çünki virus əleyhinə heç bir təsiri yoxdur. Qrip vaxtı soğan-sarımsaq yeməyin əhəmiyyəti ondan ibarətdir ki, siz camaatdan uzaq gəzirsiz, ya camaat sizdən uzaq gəzir, yoluxma azalır.
3. Araq
Geniş yayılmış mifdir. Qrip virusu təkcə ağızda və boğazda deyil ki, onu dezinfeksiya edə biləsiz. Üstəlik 40 faizli spirt nəinki onu, heç nəyi öldürmür. Əksinə sidikqovucudur, su itkisi verir, sağalmanı gecikdirir. Spirtli içkilər qaraciyərdə zülal sintezini tormozlayır, bu da immunitetə böyük zərbədir. Bilin ki, ondan ümumiyyətə insana ancaq zərər gələ bilər.