Sizin Reklam Burada

MHP sədri gənclərlə görüşdü

MHP sədri gənclərlə görüşdüMilli Həmrəylik Partiyasının (MHP) sədri, Birinci Qarabağ müharibəsinin iştirakçısı Əlisahib Hüseynov partiyanın mərkəzi qərargahında bir qrup tələbə gənclərlə görüşüb.

MHP mətbuat xidmətindən Avrasiya.net-ə verilən xəbərə görə, “Gənclər və milli həmrəylik” mövzusuna həsr edilmiş tədbirin aparıcısı Rəqsanə Camalova giriş sözü ilə çıxış edib və milli həmrəyliyimizin zəfər qazandığı tarixi məqamlar barədə ətraflı məlumat verib.

MHP-nin sədri Əlisahib Hüseynov ölkə gənclərini maraqlandıran məsələlər ətrafında görüş iştirakçıları ilə fikir mübadiləsi aparıb. Tədbirdə iştirak edən gəncər də çıxış edərək milli birlik və həmrəyliyimizin əhəmiyyəti barədə öz fikirlərini bildiriblər.

Partiya sədri gənclərimizi və bütün Azərbaycan xalqını 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni təqvim ili münasibətilə təbrik edərək, dünyanın müxtəlif yerlərində yaşayan soydaşlarımızı milli vəhdətə və həmrəyliyə çağırıb.

Tələbə gənclərlə görüş qarşılıqlı dialoq və səmimi diskussiya şəraitində keçib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər