Sizin Reklam Burada

İcra başçısı atası ilə babasının adını kəndə verdi

İcra başçısı atası ilə babasının adını kəndə verdiŞəmkir rayonunun Əliyaqublu kənd sakinləri kəndi adından narazılıqlarını bildirirlər.

Avrasiya.net xəbər verir ki, bu barədə məlumatı AĞ Partiyanın sədri Tural Abbaslı yayıb.

O bildirib ki, Şəmkir rayonunun sabiq icra başçısı, daha sonra kənd təsərrüfatı nazirinin müavini olan Aslan Aslanov babası Əlinin və atası Yaqubun adını birləşdirərək, Nizami kəndinin adını “Əliyaqublu”ya dəyişdirməyə nail olub.

Bununla bağlı kənd sakinləri video-müraciət də yayıblar. Onlar bildirirlər ki, Aslan Aslanovun nə babası Əlini, nə də atası Yaqubu tanıyırlar və bu “ata-babanın” adını daşıyan kənddə yaşamaq istəmirlər.

Rəsmi sənədlərə görə, kəndin adı 1924-cü ildə Üçüncü beynəlmiləl olub, 1993-cü ildə isə Nizami Gəncəvinin şərəfinə “Nizami” adlandırılıb. Lakin Aslan Aslanov icra başçısı vəzifəsində çalışarkən, öz imkanlarından istifadə edərək, babası ilə atasının adını birləşdirərək, kəndə 1997-ci ildə bu adı verdirməyə nail olub.

İllərdir kənd sakinləri buna etiraz etsə, Nizami adının qaytarılmasını tələb etsə də, səslərini eşidən yoxdur.

Qeyd edək ki, yaşayış yerlərinin adları Nazirlər Kabinetinin təqdimatı ilə Milli Məclis tərəfindən təsdiqlənir.

Bununla bağlı Nazirlər Kabinetinə sorğu ünvanlanıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər