Sizin Reklam Burada

“AzerGold” Müşahidə Şurasının 2022-ci il üzrə sonuncu iclası keçirilib

“AzerGold” Müşahidə Şurasının 2022-ci il üzrə  sonuncu iclası keçirilib“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Müşahidə Şurasının 2022-ci il üzrə sonuncu iclası keçirilib.

QSC-nin Müşahidə Şurasının sədri Mətin Eynullayevin sədrliyi ilə videobağlantı formatında keçirilən iclasda “AzerGold” QSC-nin fəaliyyəti ilə bağlı gündəliyə çıxarılan cari mövzular, o cümlədən strateji inkişaf, büdcə, maliyyə-investisiya, istehsalat, qızılın daxili və xarici bazarlarda satışı, maliyyə bazarında risklərin idarə olunması, zərgərlik bazarının inkişafı məsələləri ilə bağlı müzakirələr aparılıb.

İclasda çıxış edən Müşahidə Şurasının sədri M.Eynullayev Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilən struktur islahatlarının məntiqi davamı olaraq ölkə iqtisadiyyatının müasir çağırışlara cavab verməsi məqsədi ilə yaradılan Azərbaycan İnvestisiya Holdinqi ilə QSC arasında fəaliyyətin qarşılıqlı əməkdaşlıq müstəvisində uğurla davam etdirildiyini qeyd edib. O, Holdinq tərəfindən qabaqcıl təcrübə və müasir idarəetmə tələbləri çərçivəsində Səhmdar Cəmiyyətin fəaliyyətində səmərəliliyin daha da artırılması, onun idarə edilməsinin müasir korporativ idarəetmə standartları nəzərə alınmaqla təkmilləşdirməsi istiqamətində görülən işlərin “AzerGold” QSC-nin cari il ərzində fəaliyyətində müsbət dinamikanın davam etdirilməsi ilə müşayiət olunduğunu diqqətə çatdırıb.

M.Eynullayev bildirib ki, Səhmdar Cəmiyyətin 2022-ci il üzrə ilkin iqtisadi və maliyyə göstəriciləri, strateji əhəmiyyətli layihələrin icrası istiqamətində həyata keçirdiyi tədbirlər orta və uzunmüddətli vədədə qarşıya qoyulan hədəflərə nail olunmasında pozitivliyin qorunub saxlanıldığını deməyə əsas verir.

İclasda Azərbaycan Respublikası Prezidentinin müvafiq fərman və sərəncamlarından irəli gələn vəzifələrin icrasının təmin edilməsi məqsədilə Səhmdar Cəmiyyət tərəfindən cari il ərzində görülən işlər, həyata keçirilən tədbirlər nəzərdən keçirilib, gündəliyə çıxarılan məsələlərlə bağlı müvafiq qərarlar qəbul olunub.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər