Sizin Reklam Burada

Gömrük Akademiyasında Həmrəylik Günü qeyd olunub

Gömrük Akademiyasında Həmrəylik Günü qeyd olunubDövlət Gömrük Komitəsinin Akademiyasında 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram tədbiri keçirilib. Tədbirdə Akademiyanın rəhbərliyi, əməkdaşları və tələbələri iştirak ediblər.

Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə çıxış edən Akademiyasının rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov əlamətdar günün əhəmiyyətindən söz açıb. Q. Novruzov bu günün təsis edilməsinin tarixindən, dünya azərbaycanlılarının birlik və həmrəyliyindən bəhs edərək məhz 44 günlük Vətən müharibəsində də Zəfər qazanmış xalq olaraq həmrəylimizi dünyaya bir daha layiqincə bəyan etdiyimizi qeyd edib.

Akademiya rəisi qarşıdan gələn 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və yeni təqvim ili münasibətilə Dövlət Gömrük Komitəsinin sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən, gömrük xidməti general-leytenantı Şahin Bağırovun təbriklərini Akademiyanın kollektivinə, professor-müəllim heyətinə və tələbələrinə çatdıraraq, onlara möhkəm can sağlığı, xoş günlər və Akademiyanın tərəqqisi naminə fəaliyyətlərində yeni-yeni uğurlar arzu edib.

Daha sonra Həmrəylik Gününün tarixini özündə əks etdirən videoçarx nümayiş olunub.

Tədbir Akademiya tələbələrinin ifasında bədii kompozisiya ilə davam edib.



Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər