Sizin Reklam Burada

Ziya Məmmədovun "kəndin başındakı" restoranı - FOTOLAR

Ziya Məmmədovun "kəndin başındakı" restoranı - FOTOLARBir neçə gün öncə xaricdə yaşayan jurnalist Cavanşir Həsənli özünün sosial şəbəkə hesabında sabiq nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədova məxsus olduğu iddia edilən restoranın görüntülərini paylaşmışdı.

Londonda yerləşən həmin lüks restroranın Anar Məmmədova 4 milyon funt sterlinqə başa gəldiyi qeyd edilmişdi.

Xəbər yayılandan qısa müddət sonra Ziya Məmmədov mətbuata açıqlama verərək məlumatı yalanlamış və “cəmi bir restoranım var, o da kəndimizin başındadır, gəlib orada yeyib-içə bilərsiniz” deyə, yazılanlara sanki rişxənd tonunda cavab vermişdi.

Qafqazinfo maraq üçün vəzifədən uzun müddətdir çıxarılmasına baxmayaraq, hələ də böyük yeyintilərdə ittiham olunan sabiq nazirin açıqlamasının izinə düşərək həmin restoran haqqında maraqlanıb. Məlum olub ki, Ziya Məmmədov hazırda yaşadığı Ucarın Qazıqumlaq kəndində onun ailəsinə məxsus şadlıq evindən başqa, “Fermer” adlı hotel-restoran komleksi də var.

Və Ziya Məmmədovun təsvir etdiyi kimi “Kəndin başında” yerləşən bu obyekt təsəvvür olunacaq səviyyədə ucqar kəndlərdə yerləşən yeməkxana anlamına gəlmir, əslində böyük bir gölün ətrafında, 3 hektar ərazini əhatə edir. Burada eyni zamanda, ümumi sahəsi 1200 kvadratmetr olan yarmarka da var.

Ancaq heç də hansısa Avropa ölkəsində yerləşən restorandan geri qalmayan “kəndin başındakı” bu restoranın fotolarını təqdim edirik:


Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər