Jurnalist İlham Tumas xəstəxanaya yerləşdirilib

Jurnalist İlham Tumas xəstəxanaya yerləşdirilibTanınmış jurnalist, Qarabağ qazisi İlham Tumas xəstəxanaya yerləşdirilib. Hazırda Respublika Klinik Xəstəxanasının Nevrologiya şöbəsində müalicə alır.

Avrasiya.net xəbər verir ki, bu barədə Qaziler.az məlumat yayıb.

İlham Tumasın yaxın dostu Rey Kərimoğlu bildirib ki, həmkarı çox kritik vəziyyətdə xəstəxanaya yerləşdirilib, çünki ardıcıl qıcolma keçirib

“44 günlük müharibədən sonra İlham Tumasın səhhətində müəyyən problemlər yaranıb. Axırıncı dəfə bir gecədə 3 dəfə ardıcıl "sudurqa" keçirib və ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Hazırda vəziyyəti stabildir. Qəflətən səhhəti pisləşən İlham Tuması jurnalist Qorxmaz Tofiqoğlu xəstəxanaya çatdırıb. Həkimlərin bildirdiyinə görə, jurnalist əsəb sarsıntısı keçirib və dərhal müdaxilə edilib”, - deyə Rey Kərimoğlu qeyd edib.

O bildirib ki, İlham Tumas birinci Qarabağ müharibəsində 2 dəfə - könüllü və zabit kimi iştirak edib. Azərbaycanın tanınmış döyüşçüləri general Polad Həşimovla, Raquf Orucovla birlikdə xidmət edib. 44 günlük Vətən müharibəsində də Baş leytenant olaraq orduya çağırılıb. Cəbhənin cənub istiqamətində gedən döyüşlərdə iştirak edib. Müharibədən sonra medallarla təltif edilib.

Rey Kərimoğlu onu da qeyd edib ki, TƏBİB jurnalistin müalicəsi ilə yaxından maraqlanır və lazım olan köməkliyi, diqqəti göstərir. Bununla bağlı Qarabağ qaziləri TƏBİB-ə təşəkkürünü bildirib.

İlham Tumasın səhhəti ilə bağlı vəziyyət Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcidin diqqətindədir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər