Sizin Reklam Burada

DSMF-də cinayət işi: 51 nəfərə 884 minlik saxta pensiya…

DSMF-də cinayət işi: 51 nəfərə 884 minlik saxta pensiya…Dövlət Sosial Müdafiə Fondunda (DSMF) 51 nəfərə 884 min manat artıq pensiya verilməsilə bağlı cinayət işi başlanılıb.

Bu barədə Avrasiya.net-ə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Hesablama Palatası tərəfindən dövlət vəsaiti və digər dövlət əmlakının istifadəsinə dair Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda keçirilmiş kənar dövlət maliyyə nəzarəti tədbirləri ilə bağlı toplanmış materiallar üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.

Araşdırma zamanı respublika tabeli şəhər və rayon üzrə pensiyaçıların məlumatları yoxlanılarkən 2002-2007-ci illər ərzində 51 şəxsin müvafiq sənədlərində saxtakarlıqlara yol verilməklə pensiya təyinatlarının aparılması, nəticədə 31.06.2022-ci il tarixədək ümumilikdə 884 min manat məbləğində artıq pensiya ödənişinin həyata keçirilməsinə əsaslı şühbələr müəyyən edilib.

Toplanmış materialda ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı cinayətlərinin əlamətləri müəyyən edildiyindən fakta görə Cinayət Məcəlləsinin müvafiq olaraq 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanılıb.mkçkHazırda iş üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində ibtidai istintaq davam etdirilir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər