Sizin Reklam Burada

İş axtaranların nəzərinə! - Nazirlik vakansiya elan etdi

İş axtaranların nəzərinə! - Nazirlik vakansiya elan etdiAqrar sahədə məşğulluğun artırılması, insan resurslarının inkişafı, iş imkanlarına əlçatanlığın təmin edilməsi, kənd təsəsrrüfatı sahəsi üzrə işaxtaranlarla işəgötürənlər arasında faydalı kommunikasiyasının qurulması məqsədilə yaradılan www.aqrokadr.az karyera portalında özəl müəssisələrə aid 80-dən çox vakansiya dərc edilib.

Bu barədə Avrasiya.net-ə Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.

Kənd Təsərrüfatı sahəsində ixtisaslaşan şirkətlərdən “MKT Cotton MMC”, “Kraun Ko-R MMC”, “Agro Dairy” və “Agrarco LLC” əkinçilik, heyvandarlıq, maliyyə, sürücü-mexanik, gözətçi və digər iş elanlarını karyera portalında yerləşdiriblər.

İşaxtaranlar //aqrokadr.az/ portalında qeydiyyatdan keçərək vakansiyalarla tanış ola və sayt üzərindən aqrar sahə üzrə təqdim olunan iş yerləri ilə bağlı müraciət edə bilərlər. İş üçün müraciət edən şəxslər işəgötürənlər tərəfindən fərdi seçim əsasında müsahibələrə dəvət ediləcəklər.

Aqrokadr.az karyera portalı Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 2021-ci il avqustun 18-də ictimaiyyətə təqdim edilib. Portal insan kapitalının aqrar sahə üzrə potensialının müəyyən edilməsi və aqrar peşələrlə bağlı məşğulluğun müasir çağırışlara uyğunluğuna dəstəyi hədəfləyir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər