Sizin Reklam Burada

Dünya Azərbaycanlılarının həmrəyliyinin təcəssümü

Dünya Azərbaycanlılarının həmrəyliyinin təcəssümü31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günüdür. Milli birliyimizin rəmzinə çevrilmiş 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü hər il istər ölkə daxilində, istərsədə ölkəmizin hüdudlarından kənarda yaşayan milyonlarla soydaşımız tərəfindən ən əziz bayramlardan biri kimi qeyd olunur. Bu tarix milli birliyin yaradılmasının başlanqıc nöqtəsidir. İlk dəfə 1991-ci ilin dekabrında Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi tərəfindən təsis edilmiş bu bayram hər bir azərbaycanlıda öz ana Vətəninə məhəbbət, xalqına sədaqət, tarixinə və mədəniyyətinə hörmət kimi nəcib hissləri gücləndirir, bizi birləşdirən mənəvi-əxlaqi dəyərlərin sonrakı nəsillərə ötürülməsinə xidmət edir.

Ulu öndər Heydər Əliyevin azərbaycançılq fəlsəfəsini, azərbaycançılıq ideyasını yaşadanlar bu birliyə, bu həmrəyliyə öz töhfələrini verirlər. Bu, uzun illərdən bəri həsrətində olduğumuz milli birliyin yaradılması, bu birliyin ana xəttini müəyyənləşdirən azərbaycançılıq ideyasının formalaşmasının başlanğıcı idi. Əslində bu bayramla müxtəlif ölkələrdə yaşayan həmvətənlərimiz arasında ideoloji bütövləşmənin təməli qoyuldu. Bu gün dünyanın müxtəlif ölkələrində yaşayan hər bir azərbaycanlı xalqımızın gerçəklərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında, zəngin və mədəni irsimizin təbliğində, erməni millətçilərinin qərəzli ideoloji fəaliyyətinin qarşısının alınmasında böyük rol oynayır. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş diaspor siyasəti, xaricdəki həmvətənlərimizin daha mütəşəkkil formada təşkilatlanması prosesində yeni mərhələyə qədəm qoyub. Indi soydaşlarımız yaşadıqları ölkələrin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında daha fəal rol oynayır.

Sevindirici haldır ki, dünya azərbaycanlıları bu bayramı artıq üçüncü ildir ki, böyük sevinc və ruh yüksəkliyi ilə qeyd edirlər. Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi və rəşadətli ordumuzun şücaəti ilə qazanılmış Qarabağ Zəfəri xalqımızın qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazıldı. 30 ilə yaxın düşmən tapdağı altında olan əzəli torpaqlarımız 44 günlük Vətən müharibəsindəki şanlı qələbəmiz nəticəsində azad edilməklə Azərbaycanın ərazi bütövlüyü bərpa edildi, xalqımız adını tarixə qalib xalq kimi yazdırdı. Məhz bu zəfərin əldə edilməsində ən mühüm amil xalqımızın müqəddəs amal uğrunda həmrəyliyi, dəmir yumruq kimi Ali Baş Komandanın ətrafında sıx birləşməsi oldu. Əldə edilmiş bu qələbə hazırda “Böyük Qayıdış”ın reallığa çevrilməsi üçün Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı quruculuq işlərinin həyata keçirilməsi ilə davam etməkdədir.

Ümummilli Liderimizin əsasını qoyduğu müstəqil və suveren Azərbaycan Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının uğurlu daxili və xarici siyasəti nəticəsində dünyada böyük nüfuz sahibinə, regionun ən qüdrətli dövlətinə çevrilmişdir. Ölkə daxilində sabitlik, firavanlıq hökm sürür, insanların rifah halı gündən-günə yaxşılaşır. Sevindirici və qürurverici haldır ki, Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının rəhbərliyi altında güclənən müstəqil Azərbaycan dövləti bu gün bütün dünya azərbaycanlıları üçün qürur və güc mənbəyinə çevrilib.

Samir Baxşiyev
YAP Siyəzən rayon təşkilatının sədri

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər