Sizin Reklam Burada

Kəmalə Ağazadə ölümlə təhdid olunur

Kəmalə Ağazadə ölümlə təhdid olunurAzərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə şantaj olunduğu üçün hüquq-mühafizə orqanlarına müraciət edib.

Avrasiya.net xəbər verir ki, o, bu barədə Feysbuk hesabında yazıb.

O bildirib ki, son günlər fəaliyyətiylə bağlı bir neçə şəxs tərəfindən təhdid olunur və ölümlə hədələnir:

“Davamlı olaraq nüfuzuma xələl gətirən yalan məlumatlar paylaşılır. Artıq təhdidlərin həyatıma, ailə üzvlərimə təhlükə yaradacağını ehtimal etdiyim üçün hüquq-mühafizə orqanlarına müraciət etməyə qərar verdim. Əminəm ki, Daxili İşlər Nazirliyi, o cümlədən Baş Prokurorluq bu məsələni araşdıracaq və hüquqi qiymət verəcəkdir”.

Ağazadə qeyd edib ki, təhdidlər bir neçə gün öncə 2 yaşlı körpənin durumu ilə bağlı yazdığı statusdan sonra başlayıb.

Məsələ ilə bağlı DİN-nin Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev saytımıza bildirib ki, artıq müraciətlə əlaqəli araşdırılma aparılır.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər