Sizin Reklam Burada

Qalib ordunun Müzəffər Ali Baş Komandanı

Qalib ordunun Müzəffər Ali Baş KomandanıTariximizin ən şanlı səhifəsi olan 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında düşmən üzərində qələbə qazanaraq tarixi nailiyyətə imza atdı. Vətən müharibəsinin nəticələri, Ermənistanın Azərbaycana qarşı əsassız torpaq iddiaları ilə başlayan münaqişənin şanlı Qələbə ilə başa çatması və 30 illik işğala son qoyulması göstərdi ki, Cənab Prezident İlham Əliyevin Ali Baş Komandan kimi qətiyyəti, siyasətçi kimi möhkəm iradəsi, diplomat kimi müdrikliyi ilə torpaqlarımızın işğaldan azad edilməsinə nail olmaqla həm xalqı qalib olmaq arzusuna çatdırdı, həm də minlərlə insanın doğma yurduna qayıtmasına imkan yaratdı. Müzəffər Ali Baş Komandanımız İlham Əliyev cənabları Xilaskar Sərkərdə kimi öz adını tarixə qızıl hərflərlə yazdırdı və bir rəhbər olaraq son 200 ilin ən möhtəşəm, ən parlaq Qələbəsinə, şanlı Zəfərə imza atdı. Bu da Azərbaycan xalqının həyatında ən qürurverici və əbədi olaraq unudulmayacaq tarixi hadisədir.

Xüsusi olaraq qeyd etməliyik ki, Müzəffər Ali Baş Komandanın rəhbərlik etdiyi rəşadətli ordumuz müasir döyüş üsullarından istifadə etməklə bütün dünyanı heyrətə gətirmişdir. Sevindirici haldır ki, hazırda Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında həyata keçirilən hərbi əməliyyatlar, Azərbaycan Ordusunun apardığı döyüşlər hərtərəfli təhlil edilir, nəticələri öyrənilir.

Hər birimizdə böyük sevinc və qürur hissi yaradan böyük Zəfərimizdən və el-oba həsrətinə son qoyulmasından artıq iki ildən artıq vaxt keçib. Tarixi Zəfərimizin ildönümləri ölkəmizdə və dünyanın hər yerində yaşayan soydaşlarımız tərəfindən fəxr və qürur hissi ilə qeyd edilməkdədir. Böyük qürur hissi ilə qeyd etməliyik ki, biz Azərbaycan xalqı olaraq Vətən müharibəsində əldə etdiyimiz böyük qələbədən sonra öz doğma torpaqlarımıza qayıtmışıq. Düşmənlərimizin törətdikləri dağıntılar bizi az da olsa məyus etsə də ruhdan düşmürük. Bizim üçün önəmli olan torpağın üstündəkilər deyil, torpağın özüdür. Cənab Prezidentimizin də dəfələrlə vurğuladığı kimi, biz azad edilmiş bütün torpaqlarımızı bərpa edəcəyik və məcburi köçkün vəziyyətinə düşmüş soydaşlarımız da yaxın gələcəkdə doğma yurdlarına qayıdacaqlar. Artıq bu istiqamətdə dövlətimiz tərəfindən genişmiqyaslı infrastruktur layihələri icra edilir və erməni vandalizminin izləri silinməkdədir. Bu gün işğaldan azad edilmiş torpaqlarımızda bütün dünyanın qibtə etdiyi layihələr həyata keçirilməkdədir və bütün bunlar Azərbaycan xalqının və dövlətinin qüdrətinin bariz sübutudur.

Həyata keçirilən quruculuq və infrastruktur layihələri hər keçən gün bizləri torpaqlarımıza qovuşdurur. Sevindirici və qürurverici haldır ki, cari ilin ortalarından başlayan Böyük Qayıdış nəticəsində soydaşlarımızın bir qismi Zəngilan rayonunda ən müasir tələblər səviyyəsində yenidən qurulmuş “Ağıllı kənd” olan Ağalı kəndinə, doğma el-obalarına köçürülmüş və onların vətən həsrətinə son qoyulmuşdur. Azərbaycan xalqı olaraq inanırıq ki, “Böyük Qayıdış” planlı şəkildə icrası davam etdirələcək və soydaşlarımız öz doğma yurdlarına qovuşacaqdır. Əminliklə demək olar ki, Azərbaycanın bütün sahələrdə əldə etdiyi bu misilsiz nailiyyətlər Ümummilli Lider Heydər Əliyev siyasətinin təntənəsi, Ulu Öndərin layiqli davamçısı cənab Prezident İlham Əliyevin xalqına olan sonsuz sevgisinin təcəssümüdür.

Samir Baxşiyev
YAP Siyəzən rayon təşkilatının sədri

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər