Sizin Reklam Burada

Zakir Həsənov Şuşa döyüşləri ilə bağlı bəzi detalları açıqladı

Zakir Həsənov Şuşa döyüşləri ilə bağlı bəzi detalları açıqladı“Hamımıza məlumdur ki, 44 günlük müharibə Şuşanın azadlığı ilə başa çatdı. Şuşanın azad edilməsi Prezidentin xüsusi tapşırığı ilə baş tutdu”.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, bu fikirləri Türkiyə Prezident Administrasiyasının Milli Kitabxanasında Azərbaycan Prezidenti İlham Əliyevə həsr olunmuş “Vətən müharibəsi tarixi: Şəxsiyyət faktoru” kitabının təqdimat mərasimində iştirak edən Azərbaycan müdafiə naziri Zakir Həsənov bildirib.

Z.Həsənov Şuşa əməliyyatları ilə bağlı xatirələrini bölüşüb: “Biz hər səhər hərbi əməliyyatlarla bağlı Prezidentə məruzə edirdik. Şuşa əməliyyatı başlamazdan öncə mən bütün sənədləri toplayıb planımız haqqında məlumat verdim. Hərbi vasitələrlə hansı ərazilərin vurulacağı haqqında danışarkən, Prezident etiraz edərək dedi ki, bunları bir tərəfə qoy, çünki Şuşa bizim şəhərimizdir, tarixi abidələr, binalara ziyan vurmamalıyıq və yüngül silahlardan istifadə olunmalıdır”.

Nazir deyib ki, Prezidentin göstərişi ilə Şuşa xüsusi təyinatlı qüvvələrin hərbi əməliyyatı nəticəsində azadlığına qovuşub: “Axşam saat 8, 9 radələrində artıq Şuşanın azad olunması haqqında Prezidentə telefonla məlumat verdim, dövlət başçısı da Azərbaycan Ordusunu təbrik etdi”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər