"Naxçıvanda bir çox istiqamətlər üzrə müsbət dəyişikliklər gözlənilir"

"Naxçıvanda bir çox istiqamətlər üzrə müsbət dəyişikliklər gözlənilir"Prezident İlham Əliyevin Fuad Nəcəflinin Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi təyin edilməsi haqqında Sərəncam imzalamasını birmənalı olaraq günün hadisəsi hesab etmək olar. Bununla da Naxçıvanın və naxçıvanlı soydaşlarımızın həyatında, taleyində bir dönəm bitdi. İndi artıq yepyeni bir dönəm başlayır.

Maraqlıdır ki, Prezidentinin səlahiyyətli nümayəndəsinin siyasi mühitlə heç bir əlaqəsi yoxdur. Adam texnokratdır. Onun kimliyinə ötəri nəzər salsaq görərik ki, F.Nəcəfli yeni nəsil işgüzar insanlar, texnokratlar zümrəsini təmsil edir. Səlahiyyətli nümayəndəyə Naxçıvanda görəcəyi işlərlə bağlı kifayət qədər geniş vəzifələr və hüquqlar verilib. Bu vəzifələr və hüquqlar Prezident İlham Əliyevin fərmanı ilə təsdiqlənən “Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi haqqında Əsasnamə”də öz əksini tapıb.

Bütün bunlar idarəetmə sahəsində köklü sistem dəyişikliyidir. Görünən budur ki, Naxçıvanın gələcək sosial-iqtisadi inkişafı üçün idarəetmənin təkmilləşdirilməsi prosesinə start verilib. Çox güman ki, yaxın vaxtlarda Naxçıvan Muxtar Respublikasının statusu ilə bağlı məsələ də nəzərdən keçiriləcək. Bir sözlə, Naxçıvanda bir çox istiqamətlər üzrə müsbət dəyişikliklər gözlənilir.

Biz Milli Həmrəylik Partiyası olaraq Naxçıvanın Bakı ilə inteqrasiyasına təkan verən bütün addımları dəstəkləyirik. Naxçıvan artıq "terra inkoqnita" olmaqdan çıxıb, kontinental Azərbaycanın üzvi tərkib hissəsinə çevrilir. Xeyirli-uğurlu olsun!

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər