DİN-dən Bəxtiyar Hacıyevlə bağlı aksiyaya REAKSİYA

DİN-dən Bəxtiyar Hacıyevlə bağlı aksiyaya REAKSİYADaxili İşlər Nazirliyi ( DİN) ictimai fəal Bəxtiyar Hacıyevin həbsinə etiraz əlaməti olaraq keçirilməsi planlaşdırılan aksiya ilə bağlı açıqlama yayıb.

DİN-in Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov Modern.az-a bildirib ki, Aidiyyəti dövlət qurumları ilə razılaşdırılmamış hər hansı aksiyanın keçirilməsinə cəhd edilərsə, bu qanunsuz hesab olunacaq və qarşısının alınması üçün müvafiq tədbirlər görüləcək.

"Kimliyindən asılı olmayaraq, razılaşdırılmadan aksiya təşkil edənlər qanunsuz aksiyanın iştirakçılarıdır. Ona görə də belə bir aksiyanın keçirilməsinə cəhd edənlərə qarşı da qanunsuz aksiya iştirakçısı kimi tədbir görüləcək", - DİN rəsmisi bəyan edib.

Qeyd edək ki, bir qrup şəxs Bəxtiyar Hacıyevin həbsinə etiraz olaraq, sosial şəbəkələr vasitəsilə dekabrın 23-də Fəvvarələr meydanında aksiya təyin etdiklərini bildiriblər.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər