Sizin Reklam Burada

Vasif Talıbovun istefa səbəbi ilə bağlı rəsmi açıqlama

Vasif Talıbovun istefa səbəbi ilə bağlı rəsmi açıqlamaVasif Talıbovun Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsindən istefa verməsinin səbəbi açıqlanıb.

Ali Məclisin mətbuat xidmətindən verilən məlumata görə, bu gün qanunverici orqanın altıncı çağırış səkkizinci sessiyası keçirilib.

Sessiyanın gündəliyinə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müraciətinə baxılması məsələsi daxil edilib.

Ali Məclis sədrinin birinci müavini Azər Zeynalov bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov səhhəti ilə bağlı müraciətinə baxılmasını xahiş edib.

Daha sonra isə qərar layihəsi sessiya iştirakçılarının diqqətinə çatdırılıb.

Qərar səsə qoyularaq qəbul olunub.

Sonra A.Zeynalov sessiyaya yekun vuraraq deyib ki, bundan sonra da Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələri əsas fəaliyyət istiqamətimiz olacaq, dövlət başçısı tərəfindən uğurla davam etdirilən Heydər Əliyev siyasi xəttinə sadiq qalacağıq.

Bununla da Ali Məclisin altıncı çağırış səkkizinci sessiyası öz işini başa çatdırıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər