Sizin Reklam Burada

Naxçıvanlılar, siz xilas oldunuz – Millət vəkili

Naxçıvanlılar, siz xilas oldunuz – Millət vəkiliİlk növbədə Naxçıvan sakinlərini xilas günü münasibətilə təbrik edirəm. Cənab Prezidentə göstərdiyi prinsipial mövqeyə görə təşəkkür edirəm. DTX-nın rəhbərliyinə cinayətlərin, xəyanətlərin miqyasını açıb ortaya qoyduğu üçün minnətdaram.

Avrasiya.net xəbər verir ki, bu sözləri Azpolitika.info-ya açıqlamasında BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev Naxçıvan MR Ali Məclsinin sədri Vasif Talıbovun istefasına münasibət bildirərəkən deyib.

“Bundan sonra Naxçıvan rahat nəfəs alacaq, inkişaf edəcək. Naxçıvanlılar tədricən ata yurdlarına dönəcək. Naxçıvanda qanunçuluğun bərpa olunması hər bir vətəndaşın arzusu idi. Əhali inhisarçılıqdan, bir nəfərin ağlasığmaz, düşüncəsiz qərarlarından xilas oldu, dövlətçiliyimiz üçün böyük təhlükələrin qarşısı alındı”, - partiya sədri əlavə edib.

Qüdrət Həsənquliyev hesab edir ki, V.Talıbovun istefası ilə dövlətin unitarlığı bərpa olunub:

“Bundan sonra Konstitusiya islahatları olacaq, hakimiyyət bölgüsü təmin olunacaq. Hesab edirəm ki, etimaddan sui-istifadə edən, özünü toxunulmaz sayan digər yüksək vəzifəli şəxslər də bundan nəticə çıxarmalıdırlar. Onlar xalqı incitməməli, talançılıqla məşğul olmamalı, sadə insanları dövlətdən narazı salmamalıdırlar”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər