Vasif Talıbovun istefası xəbəri yayıldı
Dərc olunub:
21-12-2022, 12:37
Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun istefa verdiyi haqda iddia yayılıb.
Məlumat sosial şəbəkələrdə paylaşılıb.
Naxçıvandan olan bəzi ekspertlər “Vasif Talıbov dövrünün bitdiyini” iddia ediblər.
Hər hansı rəsmi açıqlama yoxdur.
Qeyd edək ki, bu gün Naxçıvan Ali Məclisinin qapalı iclasının keçirildiyi haqda məlumat da yayılıb.