Sizin Reklam Burada

Dövlət Proqramının prioritet istiqamətləri

Dövlət Proqramının prioritet istiqamətləri30 ilə yaxın işğal altında olan tarixi torpaqlarımızın düşmən tapdağından azad edilməsi ilə nəticələnən 44 günlük Vətən müharibəsindən iki ildən artıq müddətin keçməsinə baxmayaraq azad edilmiş ərazilərimizdə quruculuq işləri planlı şəkildə aparılmaqdadır. Qeyd etməliyik ki, erməni vandalizmi nəticəsində viran edilmiş şəhər və kəndlərimizdə soydaşlarımızın öz tarixi yurdlarına qayıtması üçün dövlətimiz tərəfindən geniş miqyaslı işlər görülür. İşğaldan azad edilmiş ərazilərimizə “Böyük qayıdış”ı reallaşdırmaq məqsədilə qəbul edilmiş I Dövlət Proqramına uyğun olaraq hazırda bu ərazilərdə böyük infrastruktur layihələri icra edilir. Ən müasir tələblərə cavab verən nəqliyyat yolları, körpülər, tunellər, hava limanları, yaşayış binaları inşa edilir və qaz, su, işıq təminatı ilə bağlı işlər görülür. Xüsusi olaraq qeyd etməliyik ki, biz işğaldan azad edilmiş Qarabağı, Şərqi Zəngəzuru yenidən qururuq. Beş şəhərin Baş planı artıq təsdiqlənmiş və yeni yaradılacaq kəndlərin yerləri müəyyən edilmişdir. Hazırda yaşayış məntəqələrimiz olan kəndlər və şəhərlərimiz yenidən qurulur, burada müasir tələblərə cavab verən binalar tikilir. Bundan əlavə olaraq bildiririk ki, dövlətimiz tərəfindən tarixi mədəni irsimizin qorunması istiqamətində də ardıcıl işlər aparılır. Belə ki, erməni barbarları tərəfindən dağıdılmış tarixi-dini və mədəni abidələrimiz bərpa edilməkdədir.

Böyük qürur hissi ilə qeyd etməliyik ki, bütün bu genişmiqyaslı işlərin həyata keçirilməsi Azərbaycan dövlətinin vəsaiti hesabına icra edilir və biz bu məqsədlə heç bir dövlətdən borc və ya yardım almamışıq. Tikinti bərpa işlərinin başa çatmasından sonra bu ərazilərimiz nəinki Azərbaycan üçün, bütün dünya üçün nümunəvi bölgə olacaqdır. Sevindirici haldır ki, cari ilin II yarısından etibarən “Böyük Qayıdış”ın ilkin mərhələsi reallığa çevrilmiş və öz doğma yurdlarından məcburi köçkün vəziyyətinə düşmüş sakinlərimizin bir hissəsi müasir tələblər səviyyəsində yenidən qurulmuş Zəngilanın Ağalı kəndinə köçürülmüşdür.

Xüsusi olaraq qeyd etməliyik ki, doğma yurdlarına qayıdan soydaşlarımızın yaşayışını yüksək səviyyədə təşkil etmək “Böyük Qayıdı”a dair Dövlət Proqramının prioritet istiqamətlərindən biridir. Bu məqsədlə həyata keçirilən infrastruktur layihələrinin yeganə məqsədi insanlarımızın öz doğma yurdlarında daha yaxşı yaşamasını təmin etməkdir. Dövlət Proqramına uyğun olaraq eyni zamanda işğaldan azad edilmiş ərazilərdə insanlarımızın davamlı məşğuliyyətini təmin etmək üçün yeni iş yerlərinin yaradılması istiqamətində də bir sıra işlər görülməkdədir. Artıq Qarabağ və Şərqi Zəngəzur bölgəsində daimi iş yerləri yaradılır. Xüsusilə bölgənin turizm potensialını, təbiətini, tarixi abidələrini nəzərə aldıqda burada tikilən yeni otellər nəticəsində yeni iş yerlərinin yaradılması ilə yanaşı eyni zamanda bölgə cazibə mərkəzinə çevriləcəkdir.

Bu gün işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işləri Azərbaycan dövlətinin gücünü, ölkə rəhbərliyinin siyasi iradəsini və xalqımızın əzmini, öz torpaqlarına bağlılığını bir daha bütün dünyaya nümayiş etdirir. Azərbaycan xalqı həyata keçirilən bütün işləri yüksək qiymətləndirir və ölkə başçımızın uğurlu daxili və xarici siyasətini güclü şəkildə dəstəkləyir. İnanırıq ki, yaxın gələcəkdə aparılan bərpa və quruculuq işləri yekunlaşacaq və məcburi köçkün vəziyyətinə düşmüş soydaşlarımızın doğma yurdlarına qayıtması nəticəsində “Böyük Qayıdış” reallığa çevriləcəkdir.

Samir Baxşiyev
YAP Siyəzən rayon təşkilatının sədri

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər