Sizin Reklam Burada

İşğaldan azad edilmiş ərazilərin inkişafı və reinteqrasiyası

İşğaldan azad edilmiş ərazilərin inkişafı və reinteqrasiyası Azərbaycanın İkinci Qarabağ müharibəsində əldə etdiyi tarixi qələbə nəticəsində artıq regionda yeni reallıqlar yaranmışdır. Eyni zamanda qeyd etməliyik ki, ölkəmiz artıq yeni çağırışlarla üz-üzədir. İşğaldan azad edilmiş Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması, doğma torpaqlarından məcburi köçkün vəziyyətinə düşmüş insanların geri qaytarılması, eyni zamanda onlar üçün daha yaxşı şəraitin yaradılması “Böyük Qayıdış”a dair Dövlət Proqramının başlıca vəzifəsidir. Cənab Prezidentin də dəfələrlə bəyan etdiyi kimi, Azərbaycan dövlətinin milli ideyası Qarabağı və Şərqi Zəngəzuru yenidən qurmaq və keçmiş məcburi köçkünləri öz doğma yurdlarına qovuşdurmaqdır. Bu məqsədlə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük qayıdışa dair I Dövlət Proqramı"nın icrası istiqamətində mühüm addımlar atılmaqdadır. Sərəncama əsasən, işğaldan azad edilmiş ərazilərə Böyük qayıdış Azərbaycanın 2030-cu ilədək beş milli prioritetindən biri kimi müəyyən olunub.

Ötən iki il müddətində “Böyük Qayıdış”ın reallaşması üçün dövlətimiz tərəfindən bir sıra uğurlu layihələr icra edilməkdədir. Belə ki, İşğaldan azad edilmiş ərazilərdə irimiqyaslı infrastruktur layihələri icra olunur. Füzuli Beynəlxalq Hava Limanı cəmi səkkiz ay ərzində tikilib. Cari il oktyabrın 20-də Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilib. 2025-ci ildə isə Laçın Beynəlxalq Hava Limanının istifadəyə verilməsi nəzərdə tutulur. Həmçinin avtomobil və dəmir yollarının müasir tələblər səviyyəsində yenidən qurulması məqsədilə əhəmiyyətli işlər görülür. Həmçinin bölgənin elektrik, qaz və su təminatı ilə bağlı mühüm layihələr icra edilməkdədir. Azərbaycan dövlətinin daxili imkanları hesabına bölgədə qısa zamanda nəhəng uğurlar əldə edilmişdir.

Xüsusi olaraq qeyd etməliyik ki, Dövlət Proqramının strateji məqsədlərindən biri də əhalinin dayanıqlı məskunlaşması və ərazilərin iqtisadi fəaliyyətə reinteqrasiyası çərçivəsində müəyyən edilib. Ərazilərdə təhlükəsiz yaşayışı və dövlət idarəetməsini təşkil etmək, şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin tikintisini və dayanıqlı infrastrukturla təminatını həyata keçirmək, müasir standartlara uyğun xidmətlərin yaradılmasını təmin etmək, ərazilərdə məskunlaşacaq əhalinin sosial müdafiəsini gücləndirmək nəzərdə tutulur. Həmçinin əhalinin məşğulluq imkanlarını artırmaq, sosial xidmətlərin əhatə dairəsini genişləndirmək və əlçatanlığı, dayanıqlı sosial-iqtisadi inkişafı təmin etmək, sahibkarlıq mühitinin əlverişliliyini artırmaq və biznes fəaliyyətinin inkişafına dəstək vermək, ərazilərin kənd təsərrüfatı potensialından səmərəli istifadə olunması üçün müasir suvarma infrastrukturu formalaşdırmaq kimi məsələlər sənəddə öz əksini tapıb.

Göründüyü kimi, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində qazandığımız qələbə Qarabağ və Şərqi Zəngəzurda quruculuq zəfəri ilə davam edir. İnanırıq ki, "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük qayıdışa dair I Dövlət Proqramı"nın icrası nəticəsində məcburi köçkünlərimiz doğma el-obalarına qayıdacaq və xalqımızın arzuları reallığa çevriləcəkdir.

Rəşad Rəhmanov
Siyəzən şəhər 2 saylı tam orta məktəbin direktoru

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər