Sizin Reklam Burada

Bəxtiyar Hacıyevin ev dustaqlığına buraxılması üçün müraciət edildi

Bəxtiyar Hacıyevin ev dustaqlığına buraxılması üçün müraciət edildiHəbsdə olan ictimai fəal Bəxtiyar Hacıyev bu gün vəkili Aqil Layiclə görüşüb.

Avrasiya.net xəbər verir ki, bu barədə vəkil bildirib. Aqil Layic Bəxtiyar Hacıyevin aclığı dayandırdığı barədə yayılan xəbərləri təkzib edib:

“Bəxtiyar Hacıyevlə görüşdüm, özü qəti olaraq aclıq aksiyasının dayandırılması xəbərlərini təkzib etdi. Dedi ki, mətuatda gedən informasiyalar reallığı əks etdirmir, qəti şəkildə reallığın təhrifidir. Təəssüf olsun ki, bu gün də aclığı dayandırma yönündə onu mane edə bilmədim...”.

Vakil bildirib ki, bu gün Bəxtiyar Hacıyev barəsində ev dustaqlığının seçilməsinə dair Xətai Rayon Məhkəməsinə müraciət edilib.

Daxili İşlər Nazirliyinin (DİN) məlumatına görə, B.Hacıyevin saxlanılması Bakı şəhər Baş Polis İdarəsində Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) və 289-cu (Məhkəməyə hörmətsizlik etmə) maddələri ilə başlanmış cinayət işi ilə əlaqədardır.

O, dekabrın 9-da saxlanılıb və Xətai Rayon Məhkəməsi barəsində 1 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər